“Arsenal” “Çelsi”nin qapıçısını transfer etdi

İngiltərənin “Arsenal” klubu “Çelsi”nin ispan qapıçısı Kepa Arrizabalaganı rəsmi olaraq transfer etdiyini açıqlayıb. Təcrübəli qapıçı üçün “topçular” 5.8 milyon avro ödəyib.
90plus.az xəbər verir ki, 2018-ci ildən bəri “Çelsi”nin heyətində yer alan Kepa bu müddət ərzində həmçinin “Real Madrid” və “Bornmut” klublarında icarə əsasında çıxış edib. O, Premyer Liqada indiyədək 140 oyunda iştirak edib.
Yeni mövsümdə “Arsenal”ın əsas qapıçıları David Raya və Kepa olacaq.
İngiltərə mətbuatında yayılan məlumatlara görə, “Arsenal” yay transfer pəncərəsində aktivliyini davam etdirəcək və klub hazırda hücum xəttinə yeni bir futbolçu cəlb etmək niyyətindədir. Viktor Gyökeres və Benjamin Seskonun adları potensial namizədlər sırasında yer alır.
© Copyright 2025, All Rights Reserved