"Arsenal" çempionluq yarışına kapitansız çıxacaq
“Arsenal” İngiltərə Premyer Liqasında çempionluq yarışında həlledici hesab olunan “Aston Villa” matçından öncə ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, “The Athletic”in xəbərinə əsasən, London klubunun yarımmüdafiəçisi Deklan Rays zədə səbəbindən qarşılaşmada iştirak edə bilməyəcək. İngiltərə millisinin üzvü “Brayton”la (2:1) oyun zamanı dizindən xəsarət almasına baxmayaraq matçı sona qədər davam etdirib.
Futbolçu matçda oynamağa ümid etsə də, baş məşqçi Mikel Arteta zədənin daha da ağırlaşma riskini nəzərə alaraq onu heyətə daxil etməmək qərarı verib.
Qeyd: Unai Emerinin çalışdırdığı “Aston Villa” matça 11 oyunluq qələbə seriyası ilə çıxacaq. Əgər klub qalib gələrsə, xallarını 42-yə çatdıraraq turnir cədvəlində “Arsenal”a yaxınlaşacaq.
© Copyright 2026, All Rights Reserved