"Arsenal" ÇL matçına onlarsız çıxacaq
“Arsenal”ın müdafiəçisi Yürrien Timber və hücumçu Bukayo Saka Çempionlar Liqasının 1/4 final mərhələsində “Sportinq”ə qarşı keçiriləcək ilk görüşdə iştirak etməyəcək.
90plus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta danışıb.
O bildirib ki, zədədən yeni qayıdan oyunçular hələ matça tam hazır vəziyyətdə deyillər.
Qabriel Jezus, Deklan Rays və Leandro Trossard isə oyunda forma geyinə biləcək.
Xatırlatma: “Sportinq” – “Arsenal” qarşılaşması bu gün baş tutacaq.
© Copyright 2026, All Rights Reserved