“Arsenal” çətin vəziyyətə düşdü! Saka sıradan çıxdı

BBC-nin məlumatına görə, Bukayo Saka zədəyə görə bir aya qədər yaşıl meydanlardan kənarda qala bilər, Martin Edeqorun isə “Liverpul”la oyunda iştirakı sual altındadır.
90plus.az xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi Premyer Liqanın ikinci turunda “Lids”lə (5:0) qarşılaşmada əzələ zədəsi alıb.
Saka bazar günü “Liverpul”a qarşı görüşdə iştirak etməyəcək və eyni zamanda İngiltərə yığmasının sentyabrda keçiriləcək 2026 Dünya Çempionatının seçmə mərhələsində Andorra və Serbiyaya qarşı oyunlarını da buraxacaq.
İngiltərə millisinin üzvünün ümumilikdə dörd həftə kənarda qalacağı gözlənilir. Bu arada, “Arsenal”ın kapitanı Martin Edeqor da həmin “Lids” oyununda çiyin zədəsi alıb.
Məlumata görə, norveçli futbolçu “Emireyts” stadionunu çiyni sarğılı vəziyyətdə tərk edib.
© Copyright 2025, All Rights Reserved