“Arsenal” David Raya ilə yola davam edir

“Arsenal” David Rayanın müqaviləsini uzadır.
90plus.az xəbər verir ki, “Arsenal” klubu qapıçısı David Rayanın müqaviləsini uzatmaq qərarına gəlib.
Məlumata görə, London təmsilçisi ispan qolkiperlə yeni saziş imzalamağa hazırlaşır. Müqavilənin müddəti 2028-ci ilə qədər olacaq. Yeni razılaşmaya əsasən, 29 yaşlı qapıçının maaşı da artırılacaq.
David Raya 2023-cü ildə “Brentford”dan “Arsenal”a keçib. O, 2024/25 mövsümündə Premyer Liqada 7 oyuna çıxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
🔗 Mənbə: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved