“Arsenal” Ebereçi Ezenin het-triki ilə uddu
Ebereçi Eze “Tottenhem”ə qarşı het-trik etdi – "Arsenal" Şimali London derbisində liderliyə yüksəldi!
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 12-ci turunda “Arsenal” öz meydanında “Tottenhem”i 4:1 hesabı ilə məğlub edib. Qarşılaşmada ən diqqətçəkən an isə Ebereçi Ezenin “Tottenhem”ə qarşı het-trik etməsi oldu:
Arsenal 4 - 1 Tottenhem
Trossard 36’
E. Eze 41’ 46’ 76’
Riçarlison 55’
Qollar:
https://t.me/doxsanplus/111063
https://t.me/doxsanplus/111066
https://t.me/doxsanplus/111067
https://t.me/doxsanplus/111068
Eze beləliklə 1978-ci ildən bəri “Arsenal”ın “Tottenhem”ə qarşı het-trik edən ilk futbolçusu oldu. 27 yaşlı yarımmüdafiəçi son 4 Şimali London derbisində 6 qol vurub və komandası üçün kritik fiqura çevrilib.
Ezenin mövsümdəki statistikası (Arsenal):
Qeyd: Avqust ayında “Tottenhem” Eze ilə müqavilə bağlamağa çox yaxın olsa da, “Arsenal” son anda müdaxilə edərək 67,5 milyon funt sterlinq dəyərində transferi reallaşdırmışdı. 3 ay sonra isə futbolçu məhz “Tottenhem”ə qarşı möhtəşəm çıxışı ilə diqqət çəkdi.
Bu qələbədən sonra “Arsenal” Premyer Liqa cədvəlində lider kimi xal fərqini 6-ya yüksəldib.
© Copyright 2026, All Rights Reserved