“Arsenal” lider oldu – Bukayo Saka tarixə düşdü

Premyer Liqanın 7-ci turunda “Arsenal” doğma meydanda “Vest Hem” komandasını 2:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Emireyts” stadionunda keçirilən qarşılaşmada londonluların qollarını 38-ci dəqiqədə Deklan Rays və 67-ci dəqiqədə penalti zərbəsindən Bukayo Saka vurub.
London derbisindəki qələbə ilə “Arsenal” Premyer Liqada zirvəyə yüksəlir!
Arsenal 2-0 Vest Hem
D. Rays 38'
B. Saka 67' (P)
İngiltərə millisinin üzvü Bukayo Saka bu matçda “Arsenal” forması ilə 200-cü oyununa çıxıb. 24 yaşlı futbolçu vurduğu qolla London klubunda ümumilikdə 100 qolda pay sahibi olub (qol və məhsuldar ötürmə).
Saka bu nəticə ilə “Arsenal” tarixində Premyer Liqada ən çox qol vuran futbolçular siyahısında ilk onluğa daxil olub.
Matçda vurulan qolun videosu:
https://t.me/doxsanplus/108696
© Copyright 2025, All Rights Reserved