"Arsenal” yeni müqavilə imzaladı

"Arsenal" klubu müdafiəçi Qabriel Maqalyaeşlə yeni uzunmüddətli müqavilə imzalandığını rəsmən açıqlayıb.
90plus.az xəbər verir ki, 2020-ci ildə "topçular"a qoşulan braziliyalı futbolçu bu günə qədər komandanın heyətində 210 oyuna çıxıb və müdafiəçi olmasına baxmayaraq, 20 qol vurmağı bacarıb. O, xüsusilə standart vəziyyətlər zamanı rəqib qapısı üçün təhlükəli silaha çevrilib.
Yeni müqavilənin hüquqi prosedurlar tamamlandıqdan sonra tam rəsmiləşəcəyi bildirilib. Bununla da Qabriel Maqalyaeş gələcəyini "Arsenal" klubuna həvalə etmiş oldu.
© Copyright 2025, All Rights Reserved