“Arsenal” gənc Etanı heç kimə vermək istəmir

“Arsenal” Etan Nvaneri ilə yeni müqavilə imzalamağa hazırlaşır.
90plus.az xəbər verir ki, “Arsenal” klubu gənc istedad Etan Nvanerini komandada saxlamaq üçün hərəkətə keçib. Məşhur insayder Fabrisio Romanonun məlumatına görə, London təmsilçisi 2007-ci il təvəllüdlü futbolçunun müqaviləsini uzatmaq niyyətindədir.
17 yaşlı Etan Nvaneri klub tərəfindən gələcəyin ulduzu kimi qiymətləndirilir. “Arsenal” rəhbərliyi istedadlı yarımmüdafiəçinin digər klubların diqqətindən yayındırılması və komandada uzunmüddətli gələcəyinin təmin olunması üçün yeni razılaşmanı yaxın vaxtlarda rəsmiləşdirmək istəyir.
Qeyd: Nvaneri “Arsenal”ın tarixində Premyer Liqada debüt edən ən gənc futbolçu olub. O, cəmi 15 yaşında – 2022-ci ilin sentyabrında “Brentford”la qarşılaşmada meydana çıxaraq bu rekordu qırmışdı.
Hazırda klubun akademiyasında və gənclərdən ibarət heyətində inkişafını davam etdirən Nvaneri ilə bağlı “Arsenal”ın planları böyükdür və rəhbərlik onun əsas komandada mühüm fiqura çevriləcəyinə inanır.
© Copyright 2025, All Rights Reserved