"Arsenal" gənc futbolçusu ilə müqavilə uzatdı

“Arsenal” klubu İtan Nvaneri ilə yeni sözləşmə imzalayıb.
90plus.az xəbər verir ki, London təmsilçisi 18 yaşlı vingerlə uzun müddətli müqavilə bağlandığını rəsmən açıqlayıb. Fabritsio Romanonun bildirdiyinə əsasən, anlaşma 5 illikdir.
Xatırlatma: Ötən mövsüm Premyer Liqada Nvaneri 26 oyunda iştirak edərək 4 qol vurub, 2 qol ötürməsi edib və orta hesabla hər matçda 34 dəqiqə meydanda olub.
© Copyright 2025, All Rights Reserved