"Arsenal" Gyökeres transferini tamamlayır

90plus.az xəbər verir ki, "topçular" Portuqaliya təmsilçisi "Sportinq" ilə 60 milyon avro əsas, 10 milyon avro isə bonus olmaqla ümumilikdə 70 milyon avroluq razılığa gəlib. 27 yaşlı futbolçunun yaxın günlərdə "Arsenal" ilə 5 illik müqaviləyə imza atacağı bildirilir.
Gyökeres bir müddətdir "Sportinq"dən ayrılmaq istəyirdi. Futbolçunun məşqlərə qatılmaması səbəbindən klub prezidenti Frederiku Varandaş onunla bağlı intizam araşdırması başladıldığını və cərimə tətbiq ediləcəyini açıqlamışdı. Bu açıqlama, Gyökeresin klubla bütün əlaqələrini qoparması ilə nəticələnmişdi.
İsveç millisinin üzvü olan Gyökeres indiyədək karyerasında 395 oyuna çıxıb, 220 qol və 65 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved