“Arsenal” Gyökeresi aldı

"Arsenal” Viktor Gyökeresi nəhayət ki, transfer etdi.
90plus.az xəbər verir ki, “Arsenal” yay transfer pəncərəsində ilk böyük transferini reallaşdırıb. İngiltərə klubu İsveç millisinin hücumçusu Viktor Gyökeresi heyətinə qatıb.
26 yaşlı forvard üçün “Sportinq” klubuna 63,5 milyon avro əsas məbləğ, üstəlik 10 milyon avro bonus ödəniləcək. Razılaşma artıq tam bağlanıb və futbolçunun tibbi müayinədən keçərək rəsmi olaraq təqdim olunması gözlənilir.
Gyökeres bu keçidin baş tutması üçün şəxsi fədakarlıq göstərib. O, Lissabon klubunda qalan təqribən 2 milyon avroluq maaşdan könüllü şəkildə imtina edib. Eyni zamanda, futbolçunun agenti də komissiya haqqının azaldılmasına razılaşıb.
Gyökeres ötən mövsüm “Sportinq”lə Portuqaliya çempionu olub və məhsuldarlığı ilə diqqət çəkib. “Arsenal” rəhbərliyi onun Mikel Artetanın sisteminə uyğunluğu və “9 nömrə” mövqeyində həlledici rol oynaya biləcəyini hesab edir.
📰: Fabrizio Romano
© Copyright 2025, All Rights Reserved