“Arsenal” Gyökereşlə zirvəyə qayıtdı
“Arsenal”dan vacib səfər qələbəsi – zirvəyə dönüş... Viktor Gyökereş penalti qazandı və qol vurdu.
90plus.az xəbər verir ki, “Arsenal” Premyer Liqanın 17-ci turu çərçivəsində səfərdə “Everton”u minimal hesabla məğlub edərək turnir cədvəlinin zirvəsinə geri qayıdıb.
Liverpulda keçirilən qarşılaşmada oyunun taleyini bir qol həll edib. 27-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən Gyökereş London klubuna üç xal qazandırıb.
Bu nəticədən sonra “Arsenal” xalını artıraraq Premyer Liqada yenidən 1-ci pilləyə yüksəlib. “Everton” isə məğlubiyyət səbəbilə turnir cədvəlində 10-cu yerə enib:
Everton 0 - 1 Arsenal
Gyökereş 27’ (pen.)
Qol: https://t.me/doxsanplus/112635
© Copyright 2026, All Rights Reserved