"Arsenal" İtaliya millisinin üzvünə "elçi düşdü"
"İnter" və İtaliya milli komandasının futbolçusu Pio Esposito karyerasını İngiltərədə davam etdirə bilər.
90plus.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Arsenal"dan təklif alıb.
London təmsilçisi futbolçunun transferi üçün ilkin danışıqlara start verib. Onun "İnter" ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədər qüvvədədir.
Qeyd: İtaliyalı oyunçu da "Arsenal"da çıxış etməyə müsbət yanaşır. O, futbola "Breşia" akademiyasında başlayıb və daha sonra "İnter"ə transfer olunub.
© Copyright 2026, All Rights Reserved