“Arsenal” Jezusu 40 milyona satır

“Arsenal” Qabriel Jezus üçün 40 milyon avro qiymət qoydu.
90plus.az xəbər verir ki, “Arsenal” hücumçusu Qabriel Jezusun transferi üçün 40 milyon avro tələb edir.
İtaliya mediasının məlumatına görə, bu məbləğ “Milan” tərəfindən çox yüksək hesab edilib və klub danışıqlardan geri çəkilməyi düşünür.
Buna baxmayaraq, Premyer Liqa təmsilçisi “Everton” braziliyalı forvardla maraqlanır və yaxın günlərdə “Arsenal”la danışıqlara başlamağı planlaşdırır.
27 yaşlı Qabriel Jezus 2024/25 mövsümündə “topçular”ın heyətində 8 oyuna çıxıb, 3 qol və 2 asistlə yadda qalıb.
🔗 Mənbə: AS Roma Live
© Copyright 2025, All Rights Reserved