“Arsenal” Kenan Yıldızı istəyir

“Arsenal” Kenan Yıldız üçün hərəkətə keçdi.
90plus.az xəbər verir ki, "Arsenal” türkiyəli gənc hücumçu Kenan Yıldızla maraqlanır. GOAL-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, Mikel Artetanın komandası artıq “Yuventus”la oyunçunun gələcək transferi üçün əlaqə yaradıb.
Turin təmsilçisi isə ulduz futbolçunu satmaq niyyətində deyil. 20 yaşlı oyunçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir, lakin “Yuventus” onu saxlamaq üçün şərtləri daha da yaxşılaşdırmağa hazırlaşır.
Kenan Yıldız ötən mövsüm 12 qol və 9 məhsuldar ötürmə ilə parlaq çıxış etmişdi. Cari mövsümdə isə cəmi 5 oyunda 2 qol və 4 asistlə diqqətləri üzərinə çəkib.
İddialara görə, “Yuventus” gənc hücumçunun dəyərini 80-100 milyon avro aralığında qiymətləndirir. Hətta yayda “Çelsi”dən gələn rəsmi təklifi də rədd edən italyanlar, futbolçunun dəyərini təxminən 85 milyon funt-sterlinq olaraq müəyyən edib.
© Copyright 2025, All Rights Reserved