"Arsenal" lider "Liverpul"la xal fərqini azaltdı

İngiltərə Premyer Liqasında mübarizə qızışır. "Arsenal" turnir cədvəlinin lideri olan "Liverpul"la xal fərqini 2-yə endirib.
90plus.az xəbər verir ki, bu, komandanın "Nyukasl" üzərində 2:1 hesablı qələbəsindən sonra mümkün olub.
Matçın ilk hissəsində üstünlük "Nyukasl"ın tərəfində idi. 34-cü dəqiqədə Voltemade hesabı açaraq komandasını önə keçirdi. Lakin ikinci hissədə oyunun axarı dəyişdi. "Arsenal"ın baş məşqçisi son dəqiqələrdə meydana buraxdığı Mikel Merino 84-cü dəqiqədə bərabərlik qolunu vurdu. Qələbə qolunu isə 90+4-cü dəqiqədə Qabriel Deklan Raysın ötürməsi ilə vuraraq azarkeşləri coşdurdu:
Nyukasl 1-2 Arsenal
Uoltemade 34’
M. Merino 84’
Qabriel 90+6’
“Arsenal” turnir cədvəlində ikinci yerə yüksəlir! “Topçular” Liverpul”dan cəmi iki xal geri!
Möhtəşəm ikinci hissə dönüşü – mövsümün sonunda çox işə yaraya bilər.
Bu nəticə ilə "Arsenal" xallarını 13-ə çatdıraraq "Liverpul"un (15 xal) cəmi 2 xal gerisində ikinci pillədə qərarlaşıb. Hər iki komanda 6 turdan sonra çempionluq uğrunda mübarizəni davam etdirir.
© Copyright 2025, All Rights Reserved