“Arsenal” Mançester səfərindən 3 xalla döndü

90plus.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən oyunda yeganə qolu “Arsenal”ın futbolçusu Rikardo Kalafiori vurub. Qol, “Manchester Yunayted”in qapıçısı Altay Bayındırın künc zərbəsi zamanı buraxdığı səhvdən sonra gəlib. Beləliklə, London təmsilçisi mövsümə 3 xalla start verib:
Man Yunayted 0 - 1 Arsenal
Calafiori R. 13'
Qol: https://t.me/doxsanplus/106317
Yeni transferlər meydana çıxdı
“Mançester Yunayted”in “Leyptsiq”dən transfer etdiyi Benjamin Şeşko ikinci hissədə oyuna daxil olub. “Arsenal”ın yeni hücumçusu Viktor Gyökeres isə qarşılaşmaya start heyətində başlayıb.
“Mançester Yunayted”: Altay Bayındır, De Liqt, Yoro, Şou, Dalot, Kazemiro, Maunt, Fernandeş, Dorgu, Kunya, Mbeumo
“Arsenal”: Raya, Uayt, Saliba, Qabriel, Kalafiori, Odeqard, Rays, Zubimendi, Saka, Gyökeres, Martinelli
© Copyright 2025, All Rights Reserved