"Arsenal" "Milan"dan portqaliyalı futbolçu istəyir
90plus.az xəbər verir ki, “Milan”ın portuqaliyalı vingeri Rafael Leao İngiltərə Premyer Liqasında karyerasını davam etdirə bilər. “Arsenal” futbolçunu transfer etmək niyyətindədir.
London klubunun baş məşqçisi Mikel Arteta Leaonun oyununu yüksək qiymətləndirir və artıq 26 yaşlı futbolçu üçün ilkin danışıqlara start verilib.
Rafael Leao 2019-cu ilin yayında “Lill”dən 49 milyon avroya “Milan”a transfer olunub. Bu mövsüm portuqaliyalı millimizin üzvü 20 rəsmi oyunda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved