"Arsenal" qapıçısı ilə müqavilə uzadacaq

"Arsenal" qapıçısı David Raya ilə yeni müqavilə bağlayacaq.
90plus.az xəbər verir ki, Premyer Liqa nəhəngi artıq ispaniyalı qolkiperlə razılığa gəlib. Bu barədə BBC televiziya kanalı məlumat yayıb.
London klubu 30 yaşlı qapıçının maaşını artıracaq. Yeni müqavilə yaxın vaxtlarda imzalanacaq.
Qeyd: "Arsenal" David Rayanı 2024-cü ilin yayında "Brentford"dan 32 milyon avroya transfer edib. İspaniya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 9 rəsmi oyunda iştirak edib.
© Copyright 2025, All Rights Reserved