"Arsenal" Qyökereşi bitirmək üzrədir

"Arsenal" "Sportinq"in hücumçusu Viktor Qyökereşin keçidini rəsmiləşdirib.
90plus.az xəbər verir ki, həm klublar, həm də futbolçu transferin bütün detalları üzrə ortaq məxrəcə gəliblər. London təmsilçisi 27 yaşlı forvard üçün 63,5 milyon avro təzminat ödəyəcək. Bundan əlavə, Portuqaliya klubu əlavə olaraq 10 milyon avro məbləğində bonus əldə edə bilər. Həmçinin bildirilib ki, Lissabon təmsilçisi futbolçunun tibbi baxışdan keçməsinə razılıq verib.
Qyökereşin sabah "Arsenal"a keçmədən öncə tibbi müayinədən keçəcəyi gözlənilir.
Xatırlatma: Hücumçu geridə qalan mövsümdə bütün yarışlarda 52 matçda forma geyinib, 54 dəfə rəqib qapılarına yol tapıb və 13 qol ötürməsi verib.
© Copyright 2025, All Rights Reserved