“Arsenal” “Real Madrid”ə qapını bağladı
La Liqa nəhəngi “Real Madrid” mövsümün sonu üçün transfer çalışmalarına erkən start verib. “Kral klubu”nda Antonio Rüdiger və David Alabanın mümkün ayrılığı fonunda rəhbərlik müdafiənin mərkəzi üçün təcrübəli və ulduz səviyyəli futbolçu axtarışına çıxıb.
90plus.az xəbər verir ki, Madrid təmsilçisi yay transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün “Arsenal”ın braziliyalı stoperi Qabriel Maqalyaeş ilə maraqlanır.
Lakin London klubu ispanlara açıq mesaj göndərib. “Arsenal” rəhbərliyi maliyyə təklifi nə qədər yüksək olsa belə, transferin mümkün olmadığını qeyd edib və futbolçu ilə bağlı danışıqlara başlamaqdan imtina edib.
28 yaşlı müdafiəçinin Londonda özünü rahat və xoşbəxt hiss etdiyi, yaxın gələcəkdə “topçular”dan ayrılmaq niyyətində olmadığı vurğulanıb.
Digər tərəfdən, “Real Madrid” yeni mövsüm öncəsi müdafiə xəttinə uyğun namizədlər üzərində araşdırmalarını davam etdirir.
Qabriel Maqalyaeş cari mövsümdə “Arsenal” forması ilə 32 oyuna çıxıb. Braziliyalı futbolçu bu qarşılaşmalarda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved