“Arsenal” uduzdu, çempionluq çətinə düşdü
“Arsenal” “Emireyts”də şok yaşadı – “Bornmut” qələbə qazandı.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 32-ci turunda “Arsenal” doğma meydanda “Bornmut”a 1:2 hesabı ilə məğlub olub:
Arsenal 1 - 2 Bornmut
E. Krupi 17’
V. Gyökereş 35’ (p)
Skott 74’
Qollar: https://t.me/doxsanplus/116200
Bu nəticə ilə “Bornmut” “Emireyts” stadionunda vacib 3 xal əldə edib.
“Arsenal” üçün isə bu məğlubiyyət ciddi zərbə olub. Mikel Artetanın komandası bütün turnirlər daxil olmaqla son 4 oyunun 3-də qələbə qazana bilməyib və qeyri-stabil nəticələr seriyası davam edir.
Viktor Gyökereş isə bu mövsüm bütün turnirlərdə 18-ci qolunu vuraraq fərdi göstəricisini artırıb, lakin bu dəfə onun qolu komandasına xal qazandırmayıb.
Turnir cədvəli:
Əgər “Manchester City” Premyer Liqada qalan bütün oyunlarını – o cümlədən “Arsenal”la keçiriləcək həlledici matçı – qazanarsa, 2025/26 mövsümünün çempionu olacaq!
© Copyright 2026, All Rights Reserved