“Arsenal” yarımfinalda! Rəqib “Çelsi”
Kepa Arrisabalaqa penalti seriyasında Maksans Lakruanın həlledici zərbəsini dəf edərək “Arsenal”a “Kristal Pelas” üzərində qələbə qazandırdı və komandasının Liqa Kubokunda yarımfinala yüksəlməsini təmin etdi.
Oyun son dəqiqə dramı ilə yadda qaldı.
90plus.az xəbər verir ki, “Topçular” 80-ci dəqiqədə hesabı açdığını düşünürdü. “Arsenal”ın künc zərbəsindən sonra topu uzaqlaşdırmağa çalışan Lakrua bəxtsiz şəkildə topu öz qapısına göndərdi.
Lakin “Pelas” oyunun əsas vaxtına əlavə olunmuş beşinci dəqiqədə dramatik şəkildə hesabı bərabərləşdirdi, Mark Qehi yaxın məsafədən fərqləndi.
Penalti seriyasında hesab 8:7 oldu, avtoqol müəllifi olan Lakruanın gecəsi daha da bərbadlaşdı. Arrisabalaqa sağ tərəfə yaxşı uzanaraq onun zərbəsini qaytardı və “Arsenal”a qələbə qazandırdı:
Arsenal 1 - 1 Kristal Pelas
Lakrua 80’ (ö.q.)
M. Qehi 90+5’
Penaltilər 8 - 7
İngiltərə Liqa Kuboku, 1/4 final
ℹ️ Beləliklə, “Arsenal” turnirin son dördlüyünə yüksəldi və finala vəsiqə uğrunda London derbisi çərçivəsində “Çelsi” ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved