"Arsenal" yeni transferini açıqladı - FOTO

90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının klublarından olan "Arsenal" İspaniyanın "Real Sosyedad" klubundan Martin Zubimendini heyətinə qatdığını rəsmən açıqlayıb.
Şimali London təmsilçisi yay transfer dövründə ikinci əlavəni orta xəttə edib. Daha əvvəl "Çelsi"dən qapıçı Kepa Arrizabalaganı heyətinə qatan "Arsenal" indi də "Real Sosyedad"la Martin Zubimendi üçün razılığa gəlib.
Klubun rəsmi internet saytında yayımlanan açıqlamada bildirilir: “İspaniya milli komandasının üzvü Martin Zubimendi ilə uzunmüddətli müqavilə imzaladığımız üçün çox məmnunuq.”
Zubimendi isə klubun saytına verdiyi açıqlamada bunları deyib: “Karyeramda çox böyük bir an yaşayıram. Bu, istədiyim və axtardığım bir addım idi. Buraya ayaq basan kimi klubun və komandanın nə qədər böyük olduğunu anlayırsan.”
"Arsenal" bu transfer üçün "Real Sosyedad"a 55 milyon funt-sterlinq məbləğini hissə-hissə ödəyəcək.
© Copyright 2025, All Rights Reserved