"Arsenal"da Saka ilə yeni müqavilə
İngiltərə Premyer Liqasında turnir cədvəlinin zirvəsində qərarlaşan "Arsenal" daxili transfer çalışmalarını davam etdirir. London təmsilçisi əsas oyunçularından biri olan Bukayo Saka ilə yeni müqavilə barədə razılıq əldə edib.
90plus.az xəbər verir ki, lubun rəsmi açıqlamasına əsasən, 24 yaşlı sağ cinah oyunçusu ilə 5 illik yeni sözləşmə imzalanıb. "Arsenal" akademiyasının yetirməsi olan Sakanın hazırkı bazar dəyəri 130 milyon avro olaraq qiymətləndirilir.
Bukayo Saka cari mövsümdə "Arsenal"ın heyətində 34 oyunda meydana çıxıb. İngilis futbolçu bu qarşılaşmalarda 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Beləliklə, London klubu gələcək planlarında əsas fiqurlardan biri olan Sakanı uzunmüddətli perspektiv üçün heyətində saxlamış olub.
© Copyright 2026, All Rights Reserved