“Arsenal”dan dramatik qələbə! Son anda
“Emireyts” stadionunda son dəqiqə dramı yaşandı. “Arsenal” oyunun son anlarında fərqi bərpa etdi və turnir cədvəlinin zirvəsindəki 5 xallıq üstünlüyünü yenidən təmin etdi.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 16-cı turunda Yerson Moskeranın əlavə vaxtda öz qapısına vurduğu qol Premyer Liqanın lideri “Arsenal”a turnir cədvəlinin son pilləsində qərarlaşan “Vulverhempton” üzərində “Emirates Stadium”da dramatik qələbə qazandırdı.
“Topçular” matç boyu beş müdafiəçidən ibarət inadkar “Vulverhempton” səddini yarmaqda çətinlik çəkirdilər. “Arsenal” hesabı yalnız 70-ci dəqiqədə aça bildi: Bukayo Sakanın buraxdığı fırlanan künc zərbəsini Sem Conston dirəyə tərəf yönəltdi, top isə qapıçının kürəyindən qayıdaraq qapıdan keçdi.
Qələbəni qorumağa çalışan “Arsenal” əsəbi təsir bağışlayırdı və bu, “Vulverhempton”a cərimə meydançasına ardıcıl toplar göndərməyə imkan verdi. Nəticədə 90-cı dəqiqədə Mateus Mane Tolü Arokodare üçün ötürmə etdi və hücumçu baş zərbəsi ilə hesabı bərabərləşdirdi.
Azarkeşlər başlarını əllərinin arasına almışdı — elə bil ki, “Arsenal” çempionluq uğrunda əsas rəqibi “Mançester Siti”yə bazar günü “Kristal Pelas”la oyunda xallarını bərabərləşdirmək şansı vermişdi. Lakin matçın son səhnəsi hər şeyi dəyişdi.
Saka sağ cinahdan mərkəzə doğru hərəkət edərək ehtiyatdan oyuna daxil olan Qabriel Jezusa doğru cərimə meydançasına ötürmə etdi. Topu uzaqlaşdırmağa çalışan Moskera onu öz qapıçısının yanından içəri yönəltdi. Bu isə ev sahibi azarkeşlər arasında böyük sevinc və eyni zamanda dərin bir rahatlama yaratdı.
“Bu, əsl enişli-yoxuşlu oyun idi”, — deyə “Arsenal”ın baş məşqçisi Mikel Arteta BBC Match of the Day-ə açıqlamasında bildirib. “Oyun uzandıqca rəqib ümidlənirdi, biz isə tempimizi artırmalı və daha çox risk etməli idik. Yolunu tapdıq və bu, çox müsbətdir. Əks halda haqlı olaraq çox məyus olardıq. Təbii ki, təkmilləşdirilməli məqamlar da var”.
Arsenal 2 - 1 Vulvz
Sam Johnstone 70' (ö.q)
Toluwalase Emmanuel Arokodare 90'
Yerson Mosquera 90+4' (ö.q)
Qollar:
https://t.me/doxsanplus/112334
https://t.me/doxsanplus/112336
Bu dramatik qələbə sayəsində “Arsenal” “Mançester Siti” ilə xal fərqini beşə yüksəltdi və artıq diqqətini növbəti həftə “Everton”a qarşı çətin səfər oyununa yönəldə bilər.