"Arsenal"dan möhtəşəm qələbə – Gyökeres ilk qolunu vurdu

"Emirates" Stadionunda keçirilən ənənəvi "Emirates Kuboku" qarşılaşmasında "Arsenal" doğma azarkeşləri önündə İspaniya təmsilçisi "Atletik"i 3:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, London klubunun heyətində yeni transfer – isveçli hücumçu Viktor Gyökeres ilk qoluna imza atıb. Bu, onun "Arsenal" formasında keçirdiyi üçüncü yoxlama oyunu olub. Gyökeres azarkeşlərinin qarşısında hesabı açaraq möhtəşəm bir debüt qolu ilə yadda qalıb.
"Arsenal"ın digər qollarını isə Bukayo Saka və Kay Haverts vurublar.
Qarşılaşmadan sonra "Emirates Kuboku"nu qazanan "Arsenal" azarkeşləri ilə birlikdə qələbəni qeyd edib. Ənənəyə uyğun olaraq, matçdan sonra hər iki komandanın futbolçuları azarkeşlər üçün penalti zərbələri yerinə yetiriblər.
© Copyright 2025, All Rights Reserved