"Arsenal"dan qələbə şousu – Zubimendi debütdə 2 qol!

İngiltərə Premyer Liqasının 4-cü turunun açılış matçında "Arsenal" "Nottingem Forest"i "Emireyts Stadionu"da qəbul etdi və qələbə qazanıb lider oldu.
90plus.az xəbər verir ki, London təmsilçisinə qələbəni gətirən qollardan ikisi yeni transfer Martin Zubimendidən gəldi.
Yay transfer dönəmində "Real Sosyedad"dan 70 milyon avroya transfer olunan və baş məşqçi Mikel Artetanın xüsusilə istədiyi Martin Zubimendi, 32 və 79-cu dəqiqələrdə vurduğu gözəl qollarla matçın ən yaxşı oyunçusu seçildi. Oyundakı digər qolu isə 46-cı dəqiqədə Viktor Gyökeres vurdu:
Arsenal 3-0 Nottingem
Zubimendi 31' 79'
Gyökeres 46'
Qollar:
https://t.me/doxsanplus/107506
https://t.me/doxsanplus/107512
https://t.me/doxsanplus/107513
"Arsenal" liderliyə yüksəldi, "Forest" yerində saydı
Bu qələbə ilə "Arsenal" xallarını 9-a çatdıraraq, bir oyun artıq olmaqla turnir cədvəlində liderliyə yüksəldi. Qonaq komanda "Nottingem Forest" isə 4 xalla cədvəldə aşağı sıralarda qaldı.
Həftə ərzində "Nottingem Forest"in baş məşqçi postuna təyin olunan və adı "Fənərbaxça" ilə də hallanan Ance Postekoqlu İngiltərədəki ilk sınağında komandasını qələbəyə apara bilmədi.
"Arsenal" bu matçda da zədələrlə üz-üzə qaldı. Komandanın əsas oyunçularından biri – norveçli yarımmüdafiəçi Martin Ödəqard oyunu zədə səbəbilə vaxtından əvvəl tərk etdi.
© Copyright 2025, All Rights Reserved