“Arsenal”ın Arda Güler istəyi gerçəkləşmədi

“Arsenal”dan Arda Güler addımı baş tutmadı.
90plus.az xəbər verir ki, “Arsenal”ın Arda Güler planları reallaşmayıb. Məşhur insayder Fabrizio Romanonun məlumatına görə, London klubu 2024-cü ilin qışında türkiyəli futbolçu ilə maraqlanıb və yay transfer pəncərəsində “Real Madrid”ə rəsmi təklif göndərməyi düşünürdü.
Lakin “Real Madrid” rəhbərliyi gənc ulduzu satmaq fikrində olmadığını açıq şəkildə bildirincə, “Arsenal” heç bir rəsmi addım atmayıb.
Xatırlatma: Arda Güler 2023-cü ilin yayında “Fənərbağça”dan “Real Madrid”ə transfer olunub. 2024/25 mövsümündə isə o, Xabi Alonsonun komandasında zədələr səbəbindən məhdud şanslar qazansa da, meydana çıxdığı oyunlarda məhsuldar çıxışı ilə diqqət çəkib.
© Copyright 2025, All Rights Reserved