"Arsenal"ın digər müdafiəçisi də zədələndi - Derbidə olmayacaq
“Çelsi” – “Arsenal” derbisi öncəsi sürpriz itki: Uilyam Saliba zədə səbəbindən heyətdən çıxarıldı.
90plus.az xəbər verir ki, Premyer Liqanın həlledici qarşılaşmalarından biri olan “Arsenal” – “Çelsi” oyunu öncəsi qonaq komandanın start heyəti açıqlandıqdan sonra gözlənilməz bir çatışmazlıq diqqət çəkib. Komandanın əsas müdafiəçilərindən biri olan Uilyam Saliba matçın iştirak ərizəsində yer almayıb.
“Arsenal” rəhbərliyi Salibanın məşq zamanı əldə etdiyi zədə səbəbilə bu görüşü buraxdığını təsdiqləyib. Zədənin detalları və müddəti barədə məlumat verilməsə də, baş məşqçi Mikel Arteta fransalı müdafiəçinin risk edilməsinin doğru olmayacağına qərar verib.
24 yaşlı müdafiəçi bu mövsüm “Arsenal” forması ilə 16 oyunda iştirak etmişdi. Komandanın digər mərkəz müdafiəçisi Qabriel Maqalyayş da zədə səbəbindən eyni qarşılaşmada forma geyinməyəcək.
London derbisi öncəsi iki əsas müdafiəçinin yoxluğu “Arsenal” üçün ciddi itki kimi dəyərləndirilir.
© Copyright 2025, All Rights Reserved