"Arsenal"ın futbolçusu "Çelsi"nin əfsanəsini təriflədi
"Arsenal"ın ulduz futbolçusu Ebereçi Eze kariyerasının ilk illərində onu ən çox ilhamlandıran futbolçunun Eden Hazard olduğunu bildirib.
90plus.az xəbər verir ki, Eze açıqlamasında deyib:
“16-17 yaşlarımda izləməkdən ən çox zövq aldığım futbolçu Eden Hazard idi.”
O, belçikalı ulduzun meydandakı qərarvermə tərzinə xüsusi heyran olduğunu vurğulayıb:
“Hazardda ən çox nəyi bəyənirdim? Hiss etdiyi anda doğru bildiyini edirdi. O, çox düşünmürdü – özünü meydanda ifadə edirdi və bunun həm oyununa, həm də tərzinə necə həzz qatdığını görmək olurdu.”
Eze sözlərini belə tamamlayıb:
“Buna görə də, mənim üçün o,
ən böyükdür.”
© Copyright 2026, All Rights Reserved