"Arsenal"ın futbolçusu geri qayıdır - Arteta açıqladı
“Arsenal” baş məşqçisi Mikel Arteta braziliyalı hücumçu Qabriel Jesusun bərpa prosesi barədə danışıb.
90plus.az xəbər verir ki, Arteta bildirib ki, futbolçunun uzunmüddətli zədədən sonra tam hazır vəziyyətə gəlməsi mərhələli şəkildə qiymətləndirilməlidir:
“Onun 11 ay meydandan uzaq qaldığını nəzərə almalıyıq və davamlılıq çox vacibdir. Bədəninin necə reaksiya verəcəyini görməliyik və başqa nə lazımdır, onu müəyyənləşdirməliyik.
Hazırkı heyət düzgün balans yaradır, bu da müsbətdir. Hazırda geri qayıtmağa çox yaxındır,” – deyə Arteta vurğulayıb.
Qabriel Jesus 2025-ci ilin yanvar ayının əvvəlində çarpaz bağ zədəsi almışdı. O, cümə axşamı qapalı şəkildə keçirilən yoxlama oyununda iştirak edib.
Ötən mövsüm hücumçu 27 qarşılaşmada 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved