"Arsenal"ın futbolçusu millidə zədələndi
"Arsenal"ın heyətində ciddi itki qeydə alınıb.
Sportal.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Noni Madueke zədələnib.
24 yaşlı vinger İngiltərə millisinin düşərgəsində xəsarət alıb. Bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel məlumat verib. Almaniyalı mütəxəssis Maduekenin bir müddət meydanlardan kənarda qalacağını bildirib.
Qeyd: "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən 56 milyon avro qarşılığında transfer edib. Futbolçu “topçular”ın heyətində keçirdiyi 31 rəsmi oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved