"Arsenal"ın hücumçusu sırada çıxdı

"Arsenal" ciddi itki ilə üzləşib.
90plus.az xəbər verir ki, London klubunun hücumçusu Kay Haverts zədə səbəbindən sıradan çıxıb.
Bu barədə məlumatı "The Athletic" yayıb.
Alman futbolçu dizindən xəsarət alıb və 26 yaşlı oyunçunun uzun müddət meydana çıxmayacağı ehtimal olunur.
Xatırlatma: "Arsenal" Kay Havertsi 2023-cü ilin yayında "Çelsi"dən heyətinə qatıb. Almaniya millisinin üzvü ötən mövsüm "topçular"ın heyətində 37 rəsmi oyunda meydana çıxaraq 16 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved