"Arsenal"ın kapitanı zədələndi

İngiltərənin “Arsenal” komandası heyət baxımından önəmli bir itki ilə üzləşib.
90plus.az xəbər verir ki, London klubunun kapitanı Martin Edeqor zədələnərək sıradan çıxıb. Norveçli yarımmüdafiəçi Premyer Liqanın 7-ci turunda “Vest Hem”ə qarşı keçirilən görüşdə (2:0) diz nahiyəsindən zədə alıb.
Baş məşqçi Mikel Arteta qarşılaşmadan sonra Edeqorun durumu ilə bağlı açıqlama verib. O, 26 yaşlı futbolçunun zədəsinin ciddi olduğunu bildirib.
Xatırlatma: Martin Edeqor bu mövsüm “Arsenal”ın heyətində keçirdiyi 7 rəsmi oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved