"Arsenal"ın müdafiəçisi 1 aylıq sıradan çıxdı

Uilyam Saliba təxminən dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
90plus.az xəbər verir ki, "Arsenal" klubunun müdafiəçisi Premyer Liqanın 3-cü turunda "Liverpul"la baş tutan qarşılaşmanın (0:1) 5-ci dəqiqəsində zədələnərək oyunu vaxtından əvvəl tərk etmişdi.
Məlumata əsasən, Salibanın reabilitasiya müddətinin 3-4 həftə davam edəcəyi gözlənilir.
© Copyright 2025, All Rights Reserved