"Arsenal"ın müdafiəçisi Seneqalla oyunda zədələndi
Braziliya “Emirates” stadionunda baş tutan yoldaşlıq görüşündə Seneqalı 2:0 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, Braziliya millisinin matçında Qabriel Maqalyaes zədələnib. “Arsenal”ın müdafiəçisi qarşılaşmanı 64-cü dəqiqədə tərk edib.
Bildirilib ki, Qabriel əzələ problemi səbəbindən oyunu davam etdirə bilməyib. Onun nə qədər müddətə meydanlardan uzaq qalacağı isə hələ açıqlanmayıb.
© Copyright 2026, All Rights Reserved