"Arsenal"ın sabiq qapıçısı "Nyukasl"a keçdi

"Nyukasl" "Sauthempton" klubunun qapıçısı Aaron Remsdeylin transferini gerçəkləşdirib.
90plus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
27 yaşlı qolkiper yeni klubunda icarə əsasında çıxış edəcək. Müqavilə bir mövsüm müddətinə nəzərdə tutulub.
Məlumata görə, razılaşmada futbolçunu birdəfəlik transfer etmək seçimi də mövcuddur.
Xatırlatma: Aaron Remsdeyl ötən yay "Arsenal"dan "Sauthempton"a keçmişdi.
© Copyright 2025, All Rights Reserved