"Arsenal"ın 8 matçlıq seriyası qırıldı
90plus.az xəbər verir ki, İngiltərə “Premyer Liqa”sının 11-ci turunda “Arsenal” səfərdə “Sanderlend”lə qarşılaşıb. Maraqlı mübarizəyə səhnə olan görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Bu nəticə ilə “Arsenal” liqada 5 oyun sonra xal itkisi yaşayıb.
Oyunun 36-cı dəqiqəsində ev sahibi “Sanderlend” Daniel Ballardın qolu ilə önə keçib. İlk hissə bu hesabla bitib. İkinci yarıda isə “Arsenal” geridönüşə imza atıb – 54-cü dəqiqədə Bukayo Saka bərabərlik qolunu vurub, 74-cü dəqiqədə Leandro Trossard hesabı 2:1 edib.
Lakin “Arsenal” üstünlüyünü sona qədər qoruya bilməyib. “Sanderlend” 90+4-cü dəqiqədə Brian Brobbeyin qolu ilə bərabərlik əldə edib və matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Arsenal” xallarını 26-ya, “Sanderlend” isə 19-a yüksəldib.
Mikel Artetanın komandası bu görüşlə bütün turnirlərdəki 8 oyunluq qol buraxmama seriyasına da son qoyub. “Arsenal” sonuncu dəfə sentyabr ayında “Nyukasl Yunayted” səfərində qapısında qol görmüşdü:
Sanderlend 2 - 2 Arsenal
D. Ballard 36'
Bukayo Saka 54'
Leandro Trossard 74'
Qollar:
https://t.me/doxsanplus/110403
https://t.me/doxsanplus/110409
https://t.me/doxsanplus/110412
https://t.me/doxsanplus/110413
© Copyright 2025, All Rights Reserved