“Arsenal”ın yeni hədəfi: Morqan Gibbs-Uayt
“Arsenal” yay transfer pəncərəsində “Nottingem Forest”in yarımmüdafiəçisi Morqan Gibbs-Uaytı transfer siyahısına daxil edib.
90plus.az xəbər verir ki, “topçular” futbolçunu daha əvvəl maraq dairəsində olan Morqan Rocersə alternativ variant kimi nəzərdən keçirir - The Sun Sport.
Gibbs-Uayt 2025/26 mövsümündə “Nottingem Forest”in ən önəmli oyunçularından biri olub. İngiltərəli yarımmüdafiəçi komandasının həm Premyer Liqadakı uğurlu çıxışında, həm də Avropa Liqasındakı yürüşündə mühüm rol oynayıb. Onun liderlik keyfiyyətləri və həlledici anlarda məsuliyyəti üzərinə götürməsi klub daxilində də yüksək qiymətləndirilir.
Futbolçunun ötən yay “Tottenhem”ə keçəcəyi gözlənilsə də, “Nottingem Forest”in sahibi Evangelos Marinakis onu komandada qalmağa razı salmışdı. Nəticədə Gibbs-Uayt klubla müqaviləsini 2028-ci ilin iyun ayına qədər uzatmışdı.
Hazırda “Arsenal”ın futbolçu ilə bağlı konkret addım atıb-atmayacağı bəlli deyil. Bununla belə, London klubunun 25 yaşlı yarımmüdafiəçinin vəziyyətini yaxından izlədiyi bildirilir.
© Copyright 2026, All Rights Reserved