Arteta gözünü türkiyəli futbolçuya dikdi
“Yuventus”un hücumçusu Kənan Yıldızın “Arsenal”a keçidi ilə bağlı xəbərlər getdikcə daha geniş yayılır.
90plus.az xəbər verir ki, İngiltərə klubu türkiyəli futbolçu üçün rəsmi təklif hazırlayır. “Yuventus” isə Yıldızı təxminən 97 milyon avro qiymətləndirir.
Bu mövsüm Yıldız Turin klubunun heyətində 17 oyuna çıxaraq 5 qol vurub və 5 məhsuldar ötürmə reallaşdırıb. Onun “Yuventus”la olan hazırkı müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
© Copyright 2025, All Rights Reserved