Arteta Odeqardın zədəsini təsdiqlədi

"Arsenal"ın baş məşqçisi Mikel Arteta komandanın bu mövsüm Çempionlar Liqasındakı ilk oyunu öncəsi son zədə vəziyyəti barədə açıqlama verib.
90plus.az xəbər verir ki, Arteta bildirib ki, Martin Odeqard zədəsi səbəbindən oyunda iştirak etməyəcək, Qabriel Jesus, Kai Havertz və Ben Vayt isə hələ də zədədən əziyyət çəkirlər.
Komanda bu itkiləri diqqətlə idarə etməli olacaq, çünki liqa mərhələsinə güclü start vermək və tarixi Bilbao klubu ilə oyunda yaxşı nəticə göstərmək istəyirlər.
© Copyright 2025, All Rights Reserved