Artetadan oyunçulara sərt çıxış: "Bu futbolçular burada olmamalıdır"
Mikel Arteta Premyer Liqada çempionluq yarışı aparan "Arsenal"ın oyunçularına açıq mesaj verib.
90plus.az xəbər verir ki, ispaniyalı çalışdırıcı çempionluq yarışının gətirdiyi təzyiqi və xarici tənqidləri qəbul etməyənlərin komandada yeri olmadığını bildirib.
Arteta bildirib ki, London klubu 22 illik çempionluq qıtlığını sona çatdırmaq üçün kritik bir mərhələyə daxil olub və hazırda liderdir. Lakin son yeddi liqa oyununda yalnız iki qələbə qazanılması və rəqib “Mançester Siti”nin xallarını yaxınlaşdırması tənqidlərə səbəb olub.
İspan məşqçi "Vulvz" qarşısında 2-0 üstünlüyün son dəqiqələrdə itirilməsi ilə bağlı “təzyiqi qaldıra bilmirlər” söyləmələrinə cavab olaraq bunları deyib:
“Bu çaxnaşmanın parçası olmaq istəməyən başqa bir klubda olmalıdır. İllərdir hər kəs bu səviyyəyə geri dönməyimizi istəyirdi. İndi buradayıq və təziqdən qaçış yoxdur".
© Copyright 2026, All Rights Reserved