Arturo Vidal cinsi təcavüzdə ittiham olunur

"Yuventus", "İnter", "Bayern Münhen" və "Barselona" klublarında oynamış məşhur futbolçu Arturo Vidal üzərində cinsi təcavüz ittihamı var.
90plus.az xəbər verir ki, Çili prokurorluğuna 37 yaşlı futbolçu haqda şikayət daxil olub və bu əsasda araşdırma başlanıb.
Şikayətçi qadın Çilidəki barların birində cinsi təcavüzə məruz qaldığını söyləyib.
Vidal polis bölməsinə aparılsa da, həbs olunmayıb.
Araşdırma davam edir.
Mənbə: Footboom
© Copyright 2025, All Rights Reserved