Asensionun qızdırması qalxdı, son anda heyətdən çıxdı
Raul Asensio “Talavera” ilə oyunda iştirak etməyəcək, qızdırması qalxıb.
90plus.az xəbər verir ki, “Real Madrid”in müdafiəçisi Raul Asensio İspaniya Kubokunun 1/16 final mərhələsində “Talavera”ya qarşı keçiriləcək qarşılaşmanı buraxacaq. Bu barədə Madrid təmsilçisinin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Klubun məlumatına görə, ispan futbolçu yüksək hərarət səbəbindən matç öncəsi son anda heyətdən çıxarılıb. Texniki heyət oyunçunun sağlamlığını riskə atmamaq qərarına gəlib.
Qeyd: 22 yaşlı Raul Asensio 2024-cü ilin yayında “Real Madrid”ə qoşulub. Müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 20 oyunda meydana çıxsa da, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
Xatırlatma: “Talavera” – “Real Madrid” qarşılaşması bu gecəyarısı - saat 00:00-da başlayacaq.
© Copyright 2025, All Rights Reserved