"Aston Villa" Luka Din ilə müqaviləni uzadıb

İngiltərənin Premyer Liqa klublarından olan “Aston Villa” heyətində yeni müqavilə rəsmiləşdirib.
90plus.az xəbər verir ki, klub fransalı futbolçu Luka Din ilə sözləşmənin müddətini artırıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Təcrübəli müdafiəçi ilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalanıb.
Qeyd: “Aston Villa” Luka Din 2022-ci ilin yanvarında “Everton” klubundan transfer etmişdi. 32 yaşlı sol cinah müdafiəçisi ötən mövsüm “Aston Villa”nın heyətində 45 rəsmi oyuna çıxaraq 7 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved