"Aston Villa" "Yuventus"dan futbolçu alır
"Aston Villa" "Yuventus"dan icarəyə götürdüyü Duqlas Luisin transfer hüquqlarını daimi olaraq əldə edəcək.
90plus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin performansı məşqçilər korpusunu qane edir.
İngiltərə klubu 27 yaşlı futbolçu üçün 25 milyon avroluq satınalma bəndini aktivləşdirəcək.
"Aston Villa" Duqlas Luisi yanvarda icarəyə götürüb. Braziliya millisinin üzvü Birmingem təmsilçisinin heyətində 7 rəsmi matçda çıxış edərək 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved