“Aston Villa” “Arsenal”ın seriyasına son qoydu, 2-yə qalxdı
İngiltərə Premyer Liqasının 15-ci turunda lider “Arsenal” səfərdə “Aston Villa”ya 1–2 hesabı ilə məğlub olaraq 11 oyun sonra ilk dəfə uduzub. Bu qələbə ilə “Aston Villa” lider “Arsenal”la xal fərqini 3-ə endirib.
90plus.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunun açılış matçında keçirilən qarşılaşmanın ilk yarım saatı qolsuz başa çatsa da, meydan sahibləri 36-cı dəqiqədə Metti Keşin vurduğu qolla hesabı açdı və fasiləyə üstün yollandı.
İkinci hissədə “Arsenal”ın oyuna sonradan daxil olan futbolçusu Leandro Trossar 52-ci dəqiqədə matçı 1–1-ə gətirdi. Matç bu nəticə ilə bitəcək kimi görünərkən “Aston Villa” 90+5-ci dəqiqədə vurduğu qolla 3 xalı qazandı.
Qələbə topunun müəllifi, 87-ci dəqiqədə oyuna daxil olan Emi Buendia oldu:
Aston Villa 2-1 Arsenal
Mati Kaş 36'
Trossard 52'
Emiliano 90+5'
Qolların videoları:
https://t.me/doxsanplus/111880
https://t.me/doxsanplus/111877
https://t.me/doxsanplus/111871
Bu nəticə ilə “Aston Villa” matç artıqlığı ilə 2-ci pilləyə qalxdı:
1.Arsenal ➖ 33 xal
2.Aston Villa ➖ 30 xal
3.Man Siti ➖ 28 xal
Növbəti turda “Arsenal” öz meydanında “Vulverhemptın”ı qəbul edəcək, “Aston Villa” isə səfərdə “Vest Hem Yunayted”lə qarşılaşacaq.
© Copyright 2025, All Rights Reserved