“Atalanta” Ərəb klubuna futbolçu satıb böyük gəlir qazandı

Mateo Retegi Səudiyyə Ərəbistanına transfer olundu.
90plus.az xəbər verir ki, “Atalanta”nın hücumçusu Mateo Retegi karyerasını Səudiyyə Ərəbistanı klubu “Əl-Qadisiyə”də davam etdirəcək. Bu barədə məlumatı tanınmış transfer mütəxəssisi Fabrizio Romano yayıb.
26 yaşlı italyan forvardın keçidi “Atalanta” üçün böyük gəlir mənbəyinə çevrilib. Belə ki, transfer bonuslarla birlikdə İtaliya klubuna ümumilikdə 67 milyon avro qazandırıb.
Retegi “Əl-Qadisiyə” ilə uzunmüddətli müqavilə imzalayıb və yeni klubunda “Atalanta”dakı maaşından 6 dəfə çox əməkhaqqı alacaq.
Qeyd: Retegi ötən mövsüm “Atalanta”nın heyətində əsas hücumçulardan biri kimi çıxış edərək diqqət çəkmişdi.
© Copyright 2025, All Rights Reserved